HADİSƏ

Azərbaycan vətəndaşı qətlə yetirildi

Qətli törətmiş şəxsin Azərbaycan vətəndaşının qohumu olduğu bildirilir
Sputnik

BAKI, 18 fevral — Sputnik. Gürcüstanın Qurcaani bələdiyyəsinin Cimiti kəndində yerləşən ferma ərazisində Azərbaycan vətəndaşı ov tüfəngi ilə qətlə yetirilib.

APA-nın məlumatına əsasən, silahlı insidentə mübahisə səbəb olub. Qarın nahiyəsindən yaralanan Azərbaycan vətəndaşı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qətli törətmiş şəxsin Azərbaycan vətəndaşının qohumu olduğu bildirilir. O, hadisə yerindən qaçsa da, bir neçə saatdan sonra saxlanılıb. Onu 7 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.