Bu ölkədə pensiya yaşı 70-ə qaldırılır

Hökumət pensiya yaşının artırılmasını zəruri addım kimi qiymətləndirilib
Sputnik

BAKI, 17 fevral — Sputnik. Yaponiya Nazirlər Kabineti pensiya yaşı ilə əlaqədar yeni proqram təsdiqləyib. Proqrama əsasən, vətəndaşlar 70 yaşdan sonra pensiyaya çıxa bilərlər. Layihə səsə qoyulması üçün parlamentə göndərilib.

Sputnik Azərbaycan "Reuters"ə istinadən xəbər verir ki, əgər parlament layihəni təsdiqləyən qərar qəbul etsə, qanun 2020-ci ildən etibarən qüvvəyə minəcək.

Yaponiyadakı mövcud qanunvericilikdə pensiyaya çıxma yaşı 65-dir. Hökumət pensiya yaşının artırılmasını zəruri addım kimi qiymətləndirilib. Səbəb isə Yaponiyada işçi qüvvəsinin çatışmazlığıdır.