Məşhur cütlük ayrılır

Cennifer Eniston 5 il aktyor Bred Pittlə evli olub
Sputnik

BAKI, 17 fevral — Sputnik. Tanınmış amerikalı aktrisa, Hollivud ulduzu Cennifer Eniston, həyat yoldaşı, aktyor Castin Terudan boşanır.

Sputnik Azərbaycan "Telegraph"a istinadən xəbər verir ki, "Dostlar" teleserialının ulduzu, 49 yaşlı aktrisa və 46 yaşlı Castin Teru 3 il əvvəl evləniblər.

Cennifer Eniston və Castin Teru

"2017-ci ilin sonunda ayrılmaq barədə qərar qəbul etdik. Hərəmiz öz yolumuz ilə getmək niyyətinə gəlmiş iki yaxın dostuq. Dostluğumuzun davamına ümid edirik. Ayrılmağımızla bağlı mediada şayiələrin, ehtimalların yer almasını istəmirik. Dediklərimizdən savayı bütün məlumatlar uydurmadır" – boşanmaqda olan cütlük deyib.

Xatırladaq ki, Cennifer Eniston 5 il aktyor Bred Pittlə evli olub.