RUSİYA

Rusiyaya qarşı sanksiyalar bir şərtlə ləğv edilə bilər

Siqmar Qabriel: "Əgər bu həyata keçsə, Rusiyaya qarşı olan sanksiyalar addım-addım aradan qalxar"
Sputnik

BAKI, 17 fevral — Sputnik. Əgər Ukraynanın Donbass bölgəsində BMT sülhməramlılarının yerləşdirilməsi prosesi həyata keçsə, o zaman Rusiyaya qarşı tətbiq edilən sanksiyalar yavaş-yavaş ləğv oluna bilər. Sputnik xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Siqmar Qabriel (Sigmar Gabriel) Münhen şəhərində keçirilən 54-cü Beynəlxalq Təhlükəsizlik Konfransındakı çıxışında deyib.

"Ukraynada atəşkəsi təmin etməliyik. Rusiya prezidentinin sülhməramlılar fikrini düzgün hesab edirəm. Əgər bu, həyata keçsə, Rusiyaya qarşı olan sanksiyalar addım-addım aradan qalxar" — Qabriel qeyd edib.

Almaniya-Rusiya əlaqələrindən də danışan nazir deyib ki, son illər münasibətlər müsbətə doğru irəliləyir: "Əgər Rusiyanın böyüklüyünə baxsaq, potensial və imkanlara nəzər salsaq, hər şey daha da yaxşı ola bilər. Rusiyanı özümüzdən çox da uzaqlaşdırmamalıyıq".