RUSİYA

Poroşenkodan Rusiya ilə bağlı əcaib təklif

Poroşenko Rusiya bayrağının bütün dünyada qadağan olunmasını təklif edib
Sputnik

BAKI, 17 fevral — Sputnik. Ukrayna prezidenti Pyotr Poroşenko Münhendə keçirilən Təhlükəsizlik Konfransında çıxışı zamanı Rusiya bayrağının bütün dünyada qadağan olunmasını təklif edib.

“Report” xəbər verir ki, onun sözlərinə görə, Moskvanın bu gün yürütdüyü siyasətə vicdanlı oyunda yer yoxdur.

"Bax buna görə Qış Olimpiya Oyunları —2018-də Rusiya bayrağı dalğalanmır", — deyə o əlavə edib.