Bir şəklin tarixçəsi: 38 il öncə çəkilən foto onları birləşdirdi

Tibb bacısı: "Amandanın yadında qaldığım üçün özümü xoşbəxt hiss edirəm"
Sputnik

BAKI, 17 fevral — Sputnik. O, 38 il öncə körpə olanda qəza keçirərək bədənindən ağır yanıq xəsarəti alıb. Həmin hadisədən ancaq tibb bacısının qucağında çəkdirdiyi şəkili qalıb. Söhbət 3 aylıq körpə olarkan ağır yanıq xəsarəti alan qadından gedir.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, Nyu-Yorkda Amanda adlı körpə 1977-ci ildə 3 aylıq olarkən qızdırıcının üstünə düşür və başı yanır. Elə bu səbəbdən də, çəkdirdiyi şəkildə onun başı sarıqlıdır. Tibb bacısı onu sakitləşdirməyə çalışır. İllərlə bu fotonu qoruyan xanım həmin tibb bacısını axtarmağa başlayıb.

Amanda qəzadan sağ-salamat çıxsa da bədəndəki yaralarına görə uşaqlığı heç də yaxşı keçməyib. Belə ki, ətrafında olanlar insanlar onu gülüş hədəfinə çeviriblər. Amanda televiziya proqramlarından birinə açıqlamasında uşaqlığını belə xatırlayıb: "Mənə gülürdülər, yaralarıma görə mənə müxtəlif adlar qoyurdular. Belə anlarda mən dərdimi fotodakı tibb bacısı ilə “bölüşürdüm".

Proqramda fotoları görən tibb bacısının iş yoldaşı onu tanıyır. Amanda tibb bacısı ilə həmin proqramda görüşür.

O zaman 21 yaşlı gənc qız olan Susan təhsilini bitirib yenicə tibb bacısı kiçi çalışmağa başlayıbmış. Bu ərəfədə Amandanın başına faciə gəlir və o, xəstəxanaya gətirilir. Susan Amanda haqqında bunları deyib: "Amanda yadımdadır. Adətən uşaqlar ağır əməliyyatdan sonra ya yatırlar, ya da ağlayırlar. Amanda isə çox sakit idi. Sadəcə susurdu. İnsanlar adətən uşaqlığını unudur. Amandanın yadında qaldığım üçün özümü xoşbəxt hiss edirəm".