Əsrin qarəti: 300 yaşı olan bahalı violonçel oğurlandı

Hücum edən şəxs ondan violonçelini və mobil telefonunu tələb edib
Sputnik

BAKI, 16 fevral — Sputnik. Məşhur fransız violonçel ifaçısı Ofeliya Qayar Paris yaxınlığında silahlı hücuma məruz qalıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, evdən çıxıb avtomobilə əyləşən musiqiçiyə naməlum şəxs bıçaqla hücum edib. Hücum edən şəxs ondan violonçelini və mobil telefonunu tələb edib.

Ofeliya Qayardan oğurlanan violonçel 1737-ci ildə hazırlanıb və 1,3 milyon avro dəyəri var. Musiqi alətinin ona deyil, CIC banka məxsus olduğu, Qayarın aləti sadəcə icarəyə götürdüyü bildirilir.