HADİSƏ

"Muravey"lə "Ford" toqquşdu, sürücü xəstəxanalıq oldu

Faktla bağlı araşdırma aparılır
Sputnik

BAKI, 17 fevral — Sputnik. Lənkəranda motorollerlə yük maşını toqquşub.

Sputnik Azərbaycan-ın Cənub bürosunun verdiyi xəbərə görə, hadisə Ələt-Astara magistralının Lənkəranın Şiləvar kəndi ərazisindən keçən hissəsində baş verib.

Hadisə zamanı 1980-ci il təvəllüdlü Rizvan Hüseynovun idarə etdiyi üçtəkərli "Muravey" tipli motoroller "Ford" markalı, 42 BT 731 dövlət-qeydiyyat nömrə nişanlı yük maşını ilə toqquşub. Nəticədə "Muravey"in sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan Sputnik Azərbaycan-a Hüseynovun vəziyyətinin kafi olaraq qiymətləndirildiyi bildirilib.  

Faktla bağlı araşdırma aparılır.