Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 17 fevral — Sputnik. Lənkəranda intihar hadisəsi baş verib. Sputnik Azərbaycan-ın Cənub bürosunun əldə etdiyi məlumata əsasən, Lənkəran şəhəri Vaqif Hüseynov küçəsi ev 28 ünvanında yaşayan 1987-ci il təvəllüdlü İbrahimov Şahin Nurəddin oğlu həyətyanı sahələrində olan tövlədə özünü asıb.
Bildirək ki, intihar edən şəxs ailəli olub və bir müddət əvvəl övladı dünyaya gəlib. Ş.İbrahimovun özünü asmasının səbəbləri hələlik məlum deyil.
İntihar hadisəsinin araşdırılması davam etdirilir.