HADİSƏ

Ağır qəza ölümlə nəticələndi

Abşeronda iki avtomobil toqquşub, ölən və xəsarət alan var
Sputnik

BAKI, 17 fevral — Sputnik. Abşeron rayonunun Saray qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyininin Mətbuat xidməti məlumat yayıb.

Belə ki, fevralın 16-da saat 12 radələrində Abşeron rayonunun Saray qəsəbəsində qəsəbə sakini Zaur Rəcəbov idarə etdiyi “NAZ Lifan” markalı avtomobili yolun kənarında dayanmış həmyerlisi Ağası Ağayevə məxsus “VAZ-2106” markalı avtomobillə vurub. Nəticədə A.Ağayev hadisə yerində ölüb, Z.Rəcəbov xəstəxanaya yerləşdirilib.

Abşeron Rayon Polis İdarəsi (RPİ) tərəfindən araşdırma aparılır.