Ankaradan Vaşinqtona ilginc təklif

Türkiyədən Amerikaya diqqətçəkən "Menbiç" təklifi
Sputnik

BAKI, 16 fevral — Sputnik. ABŞ-ın dövlət katibi Reks Tillersonun (Rex Tillerson) dünən axşam Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Ankarada görüşdüyü barədə xəbər vermişdik. Bağlı qapılar arxasında 3 saatdan artıq davam edən görüşün bəzi detalları mətbuata açıqlanmışdı.

Ərdoğanla Tillerson 3 saat bağlı qapılar arxasında nələri müzakirə ediblər?

Ankara Vaşinqtondan Suriyanın şimalındakı PYD terrorçularına verdiyi dəstəyi dərhal kəsməyi tələb edib. Öz növbəsində Amerika Birləşmiş Ştatları Türkiyədən Afrində keçirdiyi hərbi əməliyyatı dayandırmağı, PYD-nin nəzarətindəki digər bir bölgə olan Menbiçə isə ümumiyyətlə girməməsini istəyib. Lakin Türkiyə terrorçular bölgədən tam təmizlənmədikcə əməliyyatın davam edəcəyini bildirib.

Sputnik Türkiyə xəbər verir ki, rəsmi Ankara Vaşinqtona Menbiç bölgəsi ilə bağlı yeni təklif verib. Təklifə əsasən, Türkiyə PYD-nin o bölgədən çıxarılması şərti ilə Amerika ilə birlikdə fəaliyyət planı təqdim edib. ABŞ-ın bu təklifə nə cür reaksiya verəcəyi maraqla gözlənilir.