CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

SOCAR-ın əməkdaşı iş yerində intihar etdi

Anası rəhmətə getdikdən sonra Əli Süleymanov depresiyyadan əziyyət çəkib və müalicə olunurmuş
Sputnik

BAKI, 16 fevral — Sputnik. Fevralın 16-da səhər saatlarında "Neftqazelmitədqiqatlayihə" İnstitutunda intihar hadisəsi baş verib. Bu barədə Sputnik Azərbaycan-a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

İnstitutun əməkdaşı Əli Süleymanov özünü iş yerinin 8-ci mərtəbəsindən ataraq intihar edib. 1969-cu il təvəllüdlü Əli Süleymanov 1991-ci ildə Memarlıq və İnşaat Universitetini bitirdikdən sonra İnstitutun Sanitar texniki işlər şöbəsinin baş mühəndisi vəzfəsində işləyib.

İş yoldaşlarının dediyinə görə, anası rəhmətə getdikdən sonra Əli Süleymanov depressiyadan əziyyət çəkib və müalicə olunurmuş.

Hadisə ilə bağlı araşdırma aparılır.