Moskva polisi səfərbər edilib: Səfirliklərə şübhəli zərflər göndərilir

Kanada, Niderland və Bolqarıstan səfirliklərinə içində ağ toz olan zərflər göndərilib
Sputnik

BAKI, 16 fevral — Sputnik. Moskvadakı daha bir səfirliyi içində ağ toz olan zərf göndərilib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Kanadanın Moskvadakı səfirliyinə göndərilən zərfin içində olan tozunu tərkibi araşdırılır.

Qeyd edək ki, bundan öncə Niderlandın və Bolqarıstanın Moskvada olan səfirliklərinə içində ağ toz olan zərflər göndərilib.

"Kanada səfirliyinə də içində ağ toz olan zərf göndərilib. Zərf laboratoriyaya yönləndirilib. Hadisə yerinə polis və operativ əməliyyat dəstələri cəlb edilib", – deyə bildirilir.