CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirlər Kabineti cəmiyyəti düşündürən suala aydınlıq gətirdi

Martın 17 və 18-i şənbə və bazar günləri olduğu üçün həmin günlər qeyri-iş günləri olacaq
Sputnik

BAKI, 16 fevral — Sputnik. Xəbər verdiyimiz kimi, mart ayında bayramlarla əlaqədar ölkədə 8 gün qeyri-iş günü olacaq. Belə ki, Novruz bayramı ilə əlaqədar olaraq 20-24 mart bayram günləri kimi qeyri-iş günüdür. Lakin 24 mart şənbə günü olduğu üçün bunun əvəzində 26-sı qeyri-iş günü hesab ediləcək.

Qeyd edək ki, mart ayının 17-18-i həftənin şənbə və bazar günlərinə təsadüf edir. Həmin günlər, həmçinin bazar ertəsinə düşən 19 mart tarixi iş günləri olacaq? Bu barədə Sputnik Azərbaycan-a açıqlama verən Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli bildirib ki, martın 17 və 18-i şənbə və bazar günləri olduğu üçün həmin günlər qeyri-iş günləri olacaq.

"Amma martın 19-u iş günüdür. Onu da deyim ki, bu məsələ dəyişə də bilər. Amma hələ ki, olan məlumat budur", — Akif Əli vurğulayıb.