Ərdoğanla Tillerson 3 saat bağlı qapılar arxasında nələri müzakirə ediblər?

Mövzu ilə bağlı ABŞ Dövlət Departamentindən qısa açıqlama verilib
Sputnik

BAKI, 16 fevral — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ dövlət katibi Reks Tillersonu (Rex Tillerson) iqamətgahında qəbul edib. Sputnik Azərbaycan "Timeturk"-ə istinadən xəbər verir ki, görüş 3 saat 15 dəqiqə çəkib.

Türk ordusunun Afrində Amerikanın dəstəklədiyi PYD terrorçularına qarşı başlatdığı əməliyyat səbəbilə Ərdoğan-Tillerson görüşü maraqla gözlənilirdi. Yerli medianın yazdığına görə, bağlı qapılar arxasında keçirilən danışıqlarda Suriya və İraqdakı mövcud vəziyyət müzakirə edilib.

"Türkiyə öz tələblərini tam açıq şəkildə Amerika Birləşmiş Ştatlarına 1-ci ağızdan çatdırıb. Ərdoğan Tillersondan YPG/PYD-yə verilən dəstəyin dərhal kəsilməsini tələb edib", — yerli mətbuat yazıb.

Mövzu ilə bağlı ABŞ Dövlət Departamentindən də qısa açıqlama verilib: "Ərdoğan və Tillerson açıq, konstruktiv görüş keçirdi".