İQTİSADİYYAT

Bitkoinlə bağlı çox bədbin proqnoz: Bu il...

Dünyanın ən populyar kriptovalyutası olan bitkoin ötən ilin sonlarında 20 min dollara qədər qalxmışdı
Sputnik

BAKI, 16 fevral — Sputnik. "Bitkoin çətin ki, bir də 20 min dollara qalxsın. Daha inandırıcı odur ki, bu il 300 dollara qədər düşə bilər". Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bunu Dövlət Dumasının Maliyyə Bazarları üzrə komitəsinin rəhbəri Anatoli Aksakov bildirib.

Xatırladaq ki, dünyanın ən populyar kriptovalyutası olan bitkoin ötən ilin sonlarında 20 min dollara qədər qalxmışdı. Ancaq bu il qiymət xeyli düşüb. Fevralın əvvəllərində bitkoinin kursu 6 min dollara qədər enmişdi. Bundan sonra bitkoinin dəyəri möhkəmlənməyə başladı və cümə axşamı 9700 dollara qədər yüksəldi.

"Əgər amerikalılar onu süni surətdə dəstəkləməsə, bitkoin bir daha 20 min dollara qədər yüksələ bilməz. Mən düşünürəm ki, bu, Amerika xüsusi xidmətinin layihəsidir. Onlar bitkoini müxtəlif üsullarla dəstəkləməyə çalışırlar", – deyə Aksakov bildirib.