SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Türkiyə Amerikanı ayağına gətirdi: Münasibətlər normallaşacaq

ABŞ-ın dövlət katibi Reks Tillerson bildirib ki, rəsmi Vaşinqton Türkiyə ilə əlaqələrinə böyük önəm verir
Sputnik

BAKI, 16 fevral — Sputnik. "Amerika ilə münasibətlərin normallaşması məsələsində razılığa gəldik". Sputnik Azərbaycan "Timeturk"ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada ABŞ-ın dövlət katibi Reks Tillersonla görüşündən sonra təşkil edilən mətbuat konfransında deyib.

“Biz ABŞ-ın FETÖ, YPG-yə dəstək məsələsində Ankaranın mövqeyini nəzərə almasını gözləyirik. Artıq vəd deyil, konkret addımlar atılmasını istəyirik. Ya münasibətləri yenidən bərpa edəcəyik, ya da əlaqələrimiz daha da pisləşəcək. Dünən axşamdan etibarən ortaya qoyduğumuz iradə ilə əlaqələrimizin normallaşdırılması barədə razılığa gəldik" – Çavuşoğlu vurğulayıb.

Öz növbəsində ABŞ-ın dövlət katibi Reks Tillerson bildirib ki, rəsmi Vaşinqton Türkiyə ilə əlaqələrə böyük önəm verir: “Əlaqələrimizi gələcəkdə də inkişaf etdirəcəyimizə inanıram” – dövlət katibi qeyd edib.