CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sputnik Azərbaycan-ın əməkdaşından böyük uğur

Antologiyada azərbayanlı müəlliflərdən Orxan Bahadırsoyun və Jalə İsmayılın dram əsərləri çap olunub
Sputnik

BAKI, 15 fevral — Sputnik. Gənc dramaturq, Sputnik Azərbaycan-ın əməkdaşı Orxan Bahadırsoyun pyesi Almaniyada çap olunan dram əsərləri antologiyasına daxil edilib.

"Next Stage Europe 3" festivalı çərçivəsində çap olunan dram əsərləri antologiyasının "Azərbaycan" bölümü

"Next Stage Europe 3" festivalı çərçivəsində çap olunan dram əsərləri antologiyasında doqquz rus, altı gürcü, altı erməni və iki azərbaycanlı müəllifin əsərləri olmaqla toplamda 23 əsər yer alıb.

"Next Stage Europe 3" festivalı çərçivəsində çap olunan dram əsərləri antologiyası

Antologiyada azərbayanlı müəlliflərdən Orxan Bahadırsoyun və Jalə İsmayılın dram əsərləri çap olunub.

"Next Stage Europe 3" festivalı çərçivəsində çap olunan dram əsərləri antologiyası

Qeyd edək ki, 2017-ci ilin yay mövsümündə Almaniyanın Höte adına İnstitutu tərəfindən keçirilən "Next Stage Europe 3" festivalına Orxan Bahadırsoy özünün "Saçını satan aktrisa" pyesi ilə qatılıb. Pyes Almaniyanın Potsdam şəhərində yerləşən Hans Otto teatrında səhnələşdirilib.