QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Zaxarovadan Qarabağın taleyi ilə bağlı bəyanat

Tərəflərin planlaşdırdığı bütün işlərin həyata keçirilməsində fəal iştirak edirik
Sputnik

BAKI, 15 fevral — Sputnik. "Rusiyanın Qarabağ münaqişəsinin həllini tapacağına ümidi var".

Sputnik AzərbaycanAPA-ya istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Rusiyanın Azərbaycan, Ermənistan və Rusiyada keçiriləcək prezident seçkilərindən sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesini necə görməsi ilə bağlı suala cavabında bildirib.

"Rusiya Dağlıq Qarabağ münaqişəsi tərəfləri arasında razılaşmaların həyata keçirilməsində aktiv iştirak edir. Ümid var ki, bu münaqişə həllini tapacaq. Biz bu məsələyə diqqət ayırırıq. Ən başlıcası isə, tərəflərin planlaşdırdığı bütün işlərin həyata keçirilməsində fəal iştirak edirik", – deyə Rusiya XİN sözçüsü qeyd edib.