CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda yeni söküntü başlayır, 11 mindən çox sakin köçürüləcək

Artıq 6 ünvanda sakinlərin köçürülməsi prosesi başa çatmaq üzrədir
Sputnik

BAKI, 15 fevral — Sputnik. "Nərimanov rayonu üzrə 11031 nəfərin yaşadığı 3028 ədəd mənzildən ibarət olan 219 yaşayış binasının sökülməsi və yenidən qurulmasını nəzərdə tutan genişmiqyaslı layihə üzrə rayon ərazisində yerləşən 14 ünvanda artıq tikinti işlərinə başlanılıb".

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Nərimanov Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Abdin Fərzəliyev "Nərimanov rayonunun sosial-iqtisadi inkişafının 2017-ci ilin yekunlarına və qarşıda duran vəzifələr"ə həsr olunmuş Nərimanov RİH başçısı yanında Şuranın iclasında deyib.

O bildirib ki, artıq 6 ünvanda sakinlərin köçürülməsi prosesi başa çatmaq üzrədir: "16 ünvanda isə sənədləşdirmə işləri davam edir".