BAKI, 15 fevral — Sputnik. ABŞ-da məktəb ərazisində atışma nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.
Xatırladaq ki, ABŞ-ın Florida ştatında yerləşən məktəblərdən birində silahlı insident baş verib.
Bu barədə hadisənin qeydə alındığı Brouard dairəsinin şerif idarəsi öz rəsmi "Twitter" səhifəsində məlumat yayıb.
İlkin olaraq hadisəni məktəbin 19 yaşlı şagirdinin törətdiyi bildirilir.