İsrail qondarma "erməni soyqırımı"nı tanımaqdan imtina edib

Knesset uydurma "erməni soyqırımı" ilə bağlı qanun layihəsini qəbul etməyib
Sputnik

BAKI, 15 fevral — Sputnik. İsrail Knesseti qondarma “erməni soyqırımı”nın  tanınması ilə bağlı qanun layihəsini rədd edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə RİA Novosti xəbər verib.

"Knesset "Yeş Atid" partiyasının sədri Yair Laipdin dəstəklədiyi İsrailin qondarma erməni soyqırımını tanıması barədə qanun layihəsini rədd edib", — deyə məlumatda bildirilir.