ABŞ-Türkiyə qapalı danışıqlarının detalları açıqlandı

Cim Metis - Nurəddin Canikli görüşü 50 dəqiqə davam edib
Sputnik

BAKI, 15 fevral — Sputnik. ABŞ və Türkiyənin müdafiə nazirlərinin Brüsseldə dünən keçirdikləri görüşün detalları açıqlanıb. Sputnik Azərbaycan "Milliyet"-ə istinadən xəbər verir ki, görüşün detalları barədə Pentaqondan (Pentagon) yazılı açıqlama verilib.

Türkiyə Silahlı Qüvvələri önəmli məlumat açıqladı

"Cənab nazir Cim Metis (Jimm Mattis) türk həmkarı Nurəddin Canikli (Nurettin Canikli) ilə görüşündə Amerikanın terrorla mübarizədə Türkiyənin yanında olduğunu bir daha xatırladıb. ABŞ PKK və digər terror təşkilatları ilə mübarizədə müttəfiqi Türkiyə ilə birgə hərəkət edəcək. Ancaq əsas diqqətlər İŞİD-ə yönəlməlidir", — ABŞ Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edək ki, Cim Metis — Nurəddin Canikli görüşü 50 dəqiqə davam edib.

Xatırladaq ki, bu gün ABŞ-ın Dövlət katibi Reks Tillerson (Rex Tillerson) iki ölkə arasındakı gərginliyin azaldılması üçün Ankaraya səfər edəcək.