İlham Əliyev həmkarının dərdinə şərik oldu

"Florida ştatının Parklend şəhərində məktəbdə törədilmiş silahlı hücum nəticəsində insan tələfatı və yaralananlar barədə xəbərdən olduqca kədərləndim"
Sputnik

BAKI, 15 fevral — Sputnik. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampa başsağlığı verib. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, başsağlığı məktubunda deyilir:

ABŞ-da məktəb ərazisində atışma nəticəsində ölənlərin sayı sürətlə artır - VİDEO

"Hörmətli cənab Prezident,

Florida ştatının Parklend şəhərində məktəbdə törədilmiş silahlı hücum nəticəsində insan tələfatı və yaralananlar barədə xəbərdən olduqca kədərləndim.

Bu dəhşətli hadisə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".

Qeyd edək ki, dünən gecə ABŞ-da məktəbdə silahlı insident baş verib. Hadisə Parkland şəhərində (Florida ştatı) qeydə alınıb. Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb edilib.

İlkin məlumata əsasən, insident nəticəsində azı 50 nəfər yaralanıb, 17 nəfər həlak olub. Ölənlərin sayının artacağı istisna olunmur. Atəş açan şəxs polis tərəfindən saxlanılıb.