SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Beş nəfərin prezidentliyə namizədliyi təsdiqləndi

Ümumilikdə on üç nəfər namizədliyini irəli sürüb
Sputnik

BAKI, 15 fevral — Sputnik. "İndiyədək 13 nəfər prezidentliyə namizədliyini irəli sürüb. Onlar bununla bağlı müvafiq sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim ediblər".

Sputnik Azərbaycan xəbər verir ki, dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov belə deyib. Onun sözlərinə görə, həmin şəxslərdən 5 nəfərinin namizədliyinin irəli sürülməsi təsdiqlənib.

Qeyd edək ki, namizədliyi təsdiqlənənlər hakim Yeni Azərbaycan Partiyasının sədri və prezidentliyə namizədi İlham Əliyev, Milli Məclisin deputat Zahid Oruc, Azərbaycan Liberal Demokratik Partiyasının sədri Fuad Əliyev, öz təşəbbüsləri ilə namizədliklərini irəli sürən Tural Abbaslı və Anar Umudovdur.