BAKI, 15 fevral — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev Ramiz Rzayevin Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri təyin edilməsi haqqında Sərəncam imzalayıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq qərara alıram:
1. Ramiz Yaqub oğlu Rzayev Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri təyin edilsin.
2. Bu Sərəncam 2018-ci il fevralın 25-dən qüvvəyə minir.