CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dövlət maraqlarının mühafizəsi üçün yeni qanun layihəsi hazırlanıb

Texniki reqlamentlər bu qanun qüvvəyə mindikdən sonra 7 il ərzində bu qanuna uyğun olaraq mərhələrlə işlənib hazırlanmalı, qəbul edilməlidir
Sputnik

BAKI, 14 fevral — Sputnik. "Texniki tənzimləmə haqqında" yeni qanun layihəsi hazırlanıb. Sputnik Azərbaycan xəbər verir ki, qanun layihəsi bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə edilib.

Ətraf mühitə ziyan vuranların işi məhkəməyə göndərilib

Qanun layihəsi 4 fəsil, 18 maddədən ibarətdir. Qanun layihəsi insanların həyat və sağlamlığının, ətraf mühitin, əmlakın və dövlətin maraqlarının mühafizəsi, istehlakçıların hüquqlarının və qanuni maraqlarının müdafiəsi, ticarətdə texniki maneələrin aradan qaldırılması və malların rəqabət qabiliyyətinin artırılması məqsədilə mallar, onlarla əlaqəli proseslər və istehsal metodları üzrə texniki tənzimləməninin məqsəd və prinsiplərini və tətbiqi qaydalarını müəyyən edir.

Texniki tənzimləmənin məqsədləri insanların həyat və sağlamlığının, ətraf mühitin, əmlakın və dövlətin maraqlarının mühafizəsinin təmin edilməsi, istehlakçıların hüquqlarının və qanuni maraqlarının müdafiəsi, ticarətdə texniki maneələrin aradan qaldırılması və malların rəqabət qabiliyyətliliyinin artırılmasıdır.

Qanun layihəsinin 6-cı maddəsində deyilir ki, texniki tənzimləmə sahəsində dövlətin vəzifələri texniki tənzimləmə sahəsində dövlət siyasətinin əsas istiqamətlərinin müəyyən edilməsi, texniki tənzimləmə sisteminin yaradılması və fəaliyyətinin təmin edilməsidir, texniki tənzimləmə sahəsində beynəlxalq əməkdaşlığın təmin edilməsi, texniki reqlamentlərin qəbul edilməsi və təkmilləşdirilməsi, texniki reqlamentlərin tələblərinə əməl edilməsinə nəzarət tədbirlərinin təşkil edilməsi və həmin tələblərə əməl etməyə təsərrüfat subyektlərinə qarşı məsuliyyət tədbirlərinin tətbiq olunması, bu qanunun və texniki reqlamentlərin tələblərinə cavab verməyən malların dövriyyədən çıxarılması məqsədilə qanunla müəyyən edilmiş tədbirlərin görülməsi, uyğunluğu qiymətləndirən qurumların akkreditasiyasının aparılmasını təşkil edilməsi və akkreditə edilmiş uyğunluğu qiymətləndirən qurumların fəaliyyətinə nəzarətin həyata keçirilməsidir.

Bu qanunun müddəaları siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan mallara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına, habelə həmin malların, onlarla əlaqəli istehsal proseslərinin və metodlarının uyğunluğunun qiymətləndirilməsi üzrə fəaliyyətə şamil edilir.

Qanun layihəsinin müddəaları, malların terminologiya, simvol, qablaşdırma, etiketləşdirmə, istismar, saxlama, daşınma, satış, məhvetmə və utilizasiya qaydalarına dair məcburi tələblərin təmin olunması üzrə fəaliyyətə də şamil edilir.

Qanun insanları istehlak nəticəsində sağlamlığa təhlükə törədə bilən qida məhsulllarından, heyvan və insanlar üçün ümumi xəstəliklərdən, ətraf mühiti, o cümlədən bitki və bitkiçilik məhsulllarını zərərli orqanizmlərdən, heyvanları heyvan xəstəliklərindən və ya təhlükə törədə bilən yem və yem əlavələrindən qorumaq məqsədilə məhsullara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına tətbiq edilən məcburi tələblərə şamil edilmir. Bu qanun dövlətin müdafiəsi və təhlükəsizliyi ilə bağlı fəaliyyətin həyata keçirilməsi sahəsinə şamil edilmir.

İstehlak bazarlarında texniki reqamentlərin tələblərinə uyğun olmayan mallara qarşı nəzarət tədbirləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır.

Qanunun şamil edildiyi mallara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına dair texniki reqlamentlər bu qanun qüvvəyə mindikdən sonra 7 il ərzində bu qanuna uyğun olaraq mərhələrlə işlənib hazırlanmalı, qəbul edilməlidir.