BAKI, 14 fevral — Sputnik. Rusiya prezidenti Vladimir Putin ukraynalı həmkarı Pyotr Poroşenko ilə telefonda danışıb. Sputnik AzərbaycanMK-ya istinadən xəbər verir ki, məlumatı Ukrayna prezidentinin mətbuat xidməti yayıb.
Telefon danışığı zamanı liderlər Donbass ərazisində əsir düşmüş sərhədçilərin mübadiləsini və Ukraynadakı münaqişə ilə bağlı "Normandiya dördlüyü"nün qarşıdakı görüşünü müzakirə ediblər.
"Prezident Poroşenko girovların azad olunmasını, əsir sərhədçilərin mübadiləsi və qarşıdurma yaşanan bölgələrdəki Ukrayna hərbçilərinin azad edilməsinin tezləşdirilməsi üçün Vladimir Putinlə telefon danışığı aparıb", — məlumatda bildirilir.
Qeyd edək ki, "Normand dördlüyü"nün növbəti toplantısı fevralın 16-da Almaniyanın Münhen şəhərində keçiriləcək.