Türkiyə Silahlı Qüvvələri önəmli məlumat açıqladı

Türkiyə Silahlı Qüvvələri Afrində məhv etdiyi terrorçuların sayını açıqladı
Sputnik

BAKI, 14 fevral — Sputnik. Türkiyə Silahlı Qüvvələri (TSQ/TSK) və Azad Suriya Ordusunun (ASO) Afrin bölgəsində keçirdiyi "Zeytun budağı" əməliyyatı zamanı məhv edilən terrorçuların son sayı açıqlanıb. Sputnik Türkiyə xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından məlumat yayılıb.

Məlumata görə, əməliyyatın başladığı tarixdən indiyədək 1485 PYD-li terrorçu zərərsizləşdirilib. Hərbi əməliyyatın 26-cı günündə PYD/YPG-nin 46 terrorçusu məhv edilib.

Xatırladaq ki, "Zeytun budağı" əməliyyatı bu il yanvarın 20-də başlayıb.