MƏDƏNİYYƏT

Doqquz övladı olan tanınmış müğənni canlı yayımda: "10-cuya taqətim qalmadı"

Seda Sayan Seda Akgülün İzzət Yıldızhanla evlənmək istədiyini deyib
Sputnik

BAKI, 14 fevral — Sputnik. Üç fərqli qadından 9 övladı olan türkiyəli məşhur müğənni İzzət Yıldızhana canlı yayımda maraqlı təklif edilib. Sputnik Azərbaycan "Milliyet"-ə istinadən xəbər verir ki, təklifi proqramın aparıcısı, tanınmış müğənni-aktrisa Seda Sayan edib.

Seda Sayan Türkiyənin tanınmış sənətçisi, xalq mahnıları ifaçısı Seda Akgülün İzzət Yıldızhanla evlənmək istədiyini, 10-cu uşağının ondan olmasını istədiyini deyib. Sayanın təklifini gülərək qarşılayan 54 yaşlı İzzət Yıldızhan "artıq taqətim qalmayıb, gücüm çatmaz" cavabını verib.

Öz növbəsində Seda Sayan "məncə də bəsdi, bu nədir belə", — deyə qarşılıq verib.