HADİSƏ

ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin yaxınlığında atışma olub, 3 nəfər yaralanıb

Hadisə barədə ABŞ prezidenti Donald Trampa məlumat verilib
Sputnik

BAKI, 14 fevral — Sputnik. ABŞ-ın Merilənd əyalətində Milli Təhlükəsizlik Agentliyinin binası yaxınlığında atışma olub.

“Report” xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb.

Təhlükəsizlik qüvvələri atəş açan şəxsi saxlayıb.

Ağ evin mətbuat katibi Sara Sanders bildirib ki, hadisə barədə ABŞ prezidenti Donald Trampa məlumat verilib.