BAKI, 14 fevral — Sputnik. Zukerberqin döyülmüş halda olan şəklini jurnalın üzünə verdilər.
Amerika jurnalı olan "Vired"-nin üz qabığına “Facebook”un yaradıcı olan Mark Zukerberqin döyülmüş şəkli verilib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla bildirir ki, jurnalın nömrəsi sosial şəbəkədə yaranmış problemlərə həsr edilib.
İllüstrasiyanın müəllifi nyu-yorklu Ceyk Rouland "döyülmüş milyarder”i bir neçə fotonun əsasında hazırlayıb.
"Vired" döyülmüş, döyüşdə parçalanmış Zukerberq portreti istəyirdi. Problem onda idi ki, o bunun üçün çəkilməyi düşünmürdü", – deyə Rouland istehza ilə bildirib.
Belə vəziyyətdə rəssam Zukerberqin bir neçə şəklini götürərək portret hazırlamağa qərar verib.
Jurnalın ilk məqaləsi "facebook"un bir neçə il ərzində yaşadığı problemlərə həsr edilib. Söhbət "saxta" xəbərlərdən və ABŞ prezident seçkilərinə müdaxilədən gedir.
Prezident kampaniyası zamanı "Facebook" vasitəsilə paylaşılan xəbərlər real xəbərlərdən daha çox oxunmuşdu.