Qonşumuzda iki cadugər edam edildi

Kişinin həyat yoldaşı haqqında da edam hökmü verilib
Sputnik

BAKI, 14 fevral — Sputnik. İranda daha bir nəfər edam olunub. İnqilab məhkəməsinin qərarı ilə psixoloji problemləri olan insanları sehrbazlıq və cadu yolu ilə müalicə etməkdə ittiham olunan və onlara qarşı seksual xarakterli hərəkətlər edən kişi günahkar sayılıb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, edam edilən "Saxta təriqət şeyxi"nin kimliyi haqqında məlumat verilmir. Kişinin həyat yoldaşı haqqında da edam hökmü verilib. O da cadugərliklə məşğul olurmuş.

Qeyd edək ki, İranda sehrbazlıq və cadu edənlərə ağır cəzalar verilir.