Azərbaycanlı müğənni dünyasını dəyişdi

Bu gün günorta saatlarında dünyasını dəyişib
Sputnik

BAKI, 14 fevral — Sputnik. Türk xalq musiqisi sənətçisi Nuray Hafiftaş uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Sputnik AzərbaycanTürkiyə mətbuatına istinadla xəbər verir ki, xərçəng xəstəliyindən əziyyət çəkən müğənni keçən il yoğun bağırsağından əməliyyat eidlmişdi. Lakin əməliyyatdan sonra xərçəng qaraciyərinə yayılmışdı.

Nuray Hafiftaş bu gün günorta saatlarında dünyasını dəyişib. Əslən azərbaycanlı olan müğənni 1964-cü ildə dünyaya gəlib.