İQTİSADİYYAT

Yeni rəsmi məzənnələr açıqlandı

Mərkəzi Bank rəsmi məzənnələri açıqlayıb
Sputnik

BAKI, 13 fevral — Sputnik. Fevral ayının 13-nə Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi fevralın 12-si ilə müqayisədə dəyişməyərək 1,7001 manat olub. Avro/manat məzənnəsi 2.0919 manata, rubl/manat məzənnəsi isə 0,0294 manata qalxıb.

Fevralın 12-də rəsmi olaraq 1 dollar 1,7001 manata, 1 avro 2.0888 manata, 1 rubl 0,0293 manata bərabər idi.

Qeyd edək ki, bu gün Mərkəzi Bankda valyuta hərracının keçiriləcəyi gözlənilir.