HADİSƏ

Xilasetmə qüvvələri Binəqədiyə yollandılar

Onlar vətəndaşın liftdən çıxmasına kömək ediblər
Sputnik

BAKI, 13 fevral — Sputnik. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalıb. Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq vətəndaşın liftdən çıxmasına kömək ediblər. Əməliyyat başa çatıb.