Saakaşvilini saçından yapışıb sürüdülər - VİDEO

Keçmiş qubernatorun saxlanılmasında 10-dan çox əməliyyatçı iştirak edib
Sputnik

BAKI, 13 fevral — Sputnik. Odessa vilayətinin keçmiş qubernatoru, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin Ukraynadan deportasiya edilməsi barədə xəbər vermişdik. Bu dəfə isə Saakaşvilinin polis tərəfindən hansı formada saxlanılması ilə bağlı video yayımlanıb.

Sputnik Azərbaycan xəbər verir ki, keçmiş qubernatorun saxlanılmasında 10-dan çox əməliyyatçı iştirak edib. Paytaxt Kiyevdəki restoranın müşahidə kamerasından çəkilmiş videogörüntüdə əməliyyatçıların onu məcburi şəkildə binadan çıxardığı görülür.

Videoda üzü maskalı və xüsusi uniformada olan 14 nəfərin restorana daxil olması, Saakaşvilini yaxalamaları, daha sonra isə saçlarından tutaraq çölə çıxarmaları əksini tapır.