MƏDƏNİYYƏT

Radio-aparıcı: Dinləyicinin kimdən eşitdiyi yox, nə eşitdiyi önəmlidir

Radio-aparıcı Kəmalə Onur müasir radioların fəaliyyətindən danışır
Sputnik

Kəmalə Onur: “Dinləyiciyə qısa zamanda daha çox informasiya vermək lazımdır”
“Radioda dinləyicinin nə eşitdiyi çox önəmlidir”. Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində təşkil edilmiş tədbirdə radio-aparıcı Kəmalə Onur deyib.

“Dinləyici üçün kimdən eşitdiyi deyil, nəyi eşitdiyi önəmlidir. Efirə çıxan aparıcının və ötürülən informasiyanın yeni olması çox önəmlidir. Bizim çalışma prinsipimiz budur ki, dinləyicini yormaq və onun vaxtını almaq olmaz. Dinləyiciyə qısa zamanda daha çox informasiya vermək lazımdır”, — deyə o bildirib.

Qeyd edək ki, fevralın 13-ü Beynəlxalq Radio Günü kimi qeyd olunur.