CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda qadın qatarın altına yıxıldı

Xoşbəxtlikdən qadın relslərin arasında qalıb, heç bir xəsarət almayıb
Sputnik

BAKI, 13 fevral — Sputnik. Bakı metrosunda 42 yaşlı qadın qatar gələn an relsin üstünə düşüb.

Sputnik Azərbaycanxəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Nəsimi Paşayev bildirib. O deyib ki, xoşbəxtlikdən relslərin arasında qalan qadın heç bir xəsarət almayıb.

Metro sərnişinlərinin nəzərinə: Yeni xidmət istifadəyə verildi

"Həzi Aslanov"dan "Dərnəgül"ə gələn qatar "İnşaatçılar" stansiyasına çatan zaman qadının epilepsiyası tutub və relsin üstünə düşüb. Qatar isə onun üstündən keçib. Xoşbəxtlikdən qadın relslərin arasında qalıb. Heç bir xəsarət almayıb”, – deyə Nəsimi Paşayev bildirib.

Məlumata görə, 1976-cı il təvəllüdlü Məmmədova Sevinc Rafiq qızı xəstəxanaya aparılıb.

İnsidentlə əlaqədar qatarın hərəkətində 5 dəqiqə gecikmə olub.

Hazırda qatarlar normal iş rejimində hərəkət edir.