CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Pərvin Abıyeva ərə gedir?

“Planda evlənmək varmı?” sualına aktrisa müsbət cavab verib
Sputnik

BAKI, 13 fevral — Sputnik. Aktrisa Pərvin Abıyeva “ATV kulis” verilişində şəxsi həyatı ilə bağlı açıqlama verib.

Sputnik Azərbaycan axşam.az-a istinadən xəbər verir ki, aparıcı Murad Əzimzadənin “Planda evlənmək varmı” sualına aktrisa müsbət cavab verib: “Var, plan ağlımdan çıxmışdı. Bunu arxa plana atmışdım. İndi yenə ortaya çıxıb. Geyimimdən hiss edirsiniz yəqin. “Yanlış anlama 2” filmini çəkək. Üzü yaya tam qərar verəcəm və bunu həyata keçirəcəm”.