HADİSƏ

Karnaval içtirakçılarına atəş açıldı, 3 nəfər öldü

Venesuelada karnaval iştirakçılarına atəş açılıb, ölənlər və yaralananlar var
Sputnik

BAKI, 13 fevral — Sputnik. Venesuelada naməlum şəxs karnaval yürüşünün iştirakçılarına atəş açıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, insident Bolivar ştatının El-Kalyao bələdiyyəsində baş verib. Atəş nəticəsində 3 nəfər öldürülüb, 5 nəfər isə yaralanıb.

Karnaval iştirakçıları yenicə yürüşə başlayarkən atəş açılıb.

Cinayətkarı yaxalamaq mümkün olmayıb.