RUSİYA

Putin Abbasla görüşəcək

Moskvada baş verən təyyarə qəzası səbəbilə liderlər Kremldə bir araya gələcəklər
Sputnik

BAKI, 12 fevral — Sputnik. Rusiya prezidenti Vladimir Putin bu gün Fələstin rəhbəri Mahmud Abbasla görüşəcək. Sputnik Azərbaycan bu barədə RİA-ya istinadən xəbər verir.

Görüşün Soçidə keçirilməsi planlaşdırılsa da, Moskvada baş verən təyyarə qəzası səbəbilə liderlər Kremldə bir araya gələcəklər. Putin-Abbas görüşündə başda İsrail-Fələstin problemi olmaqla, Qüds məsələsi, Yaxın Şərqdəki gərginlik, o cümlədən ikitərəfli əlaqələr müzakirə olunacaq.