HADİSƏ

Orta məktəbdə yanğın: Şagirdlər təxliyə olunub

Binanın qalan hissəsi yanğından mühafizə olunub
Sputnik

BAKI, 12 fevral — Sputnik. Masallı rayonunda üçmərtəbəli məktəb binasının üçüncü mərtəbəsindəki sinif otağında 1,5 m2 sahədə döşəmə yanıb. Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, hadisə zamanı binadan 68 nəfər şagird yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 11:49-da yanğın bölmələri tərəfindən söndürülüb.