HADİSƏ

Bakıda sərxoş körpüyə çıxaraq intihara cəhd etdi

Bakıda sərxoş gənc asma körpüyə çıxaraq intihara cəhd edib
Sputnik

BAKI, 12 fevral — Sputnik. Bakıda, aeroport şossesində bir nəfər asma körpüyə çıxaraq intihara cəhd edib.

“Report”un məlumatına görə, ərazidə olan polis əməkdaşları həmin şəxsin intihar etməsinin qarşısını ala bilib.

O, saxlanılaraq polis idarəsinə aparılıb. Araşdırma zamanı intihar etmək istəyən şəxsin 1989-cu il təvəllüdlü Hafiz Salmanov olduğu müəyyən edilib.

Salmanovun intihar etmək istəyən zaman sərxoş vəziyyətdə olduğu məlum olub.