İlham Əliyev dəhşətli hadisəyə dərhal reaksiya verdi

"Moskva vilayəti ətrafında baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş aviasiya qəzası barədə xəbər məni dərindən sarsıtdı"
Sputnik

BAKI, 12 fevral — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinə Moskva ətrafında aviasiya qəzası ilə əlaqədar başsağlığı verib. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, İ.Əliyev V.Putinə məktub ünvanlayıb. Məktubda deyilir:

"Hörmətli Vladimir Vladimiroviç, Moskva vilayəti ətrafında baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş aviasiya qəzası barədə xəbər məni dərindən sarsıtdı. Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm".