QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Düşmən sərhədimizə basqın etdi və itki verərək geri çəkildi - VİDEO

Dövlət sərhədində növbəti təxribat törədən düşmən öz avtomobil texnikasını yandıraraq geri çəkilib
Sputnik

BAKI, 12 fevral — Sputnik. Düşmən tərəfinin Azərbaycan-Ermənistan dövlət sərhədini pozmaq məqsədilə Qazax rayonu istiqamətində həyata keçirdiyi növbəti təxribatı uğursuzluqla nəticələnib. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.

1 / 3
Dövlət sərhədində növbəti təxribat törədən düşmən öz avtomobil texnikasını yandıraraq geri çəkilib
2 / 3
Dövlət sərhədində növbəti təxribat törədən düşmən öz avtomobil texnikasını yandıraraq geri çəkilib
3 / 3
Dövlət sərhədində növbəti təxribat törədən düşmən öz avtomobil texnikasını yandıraraq geri çəkilib

Fevralın 11-də səhər saatlarında hava şəraitinin dumanlı olmasından istifadə edərək düşmən Ordumuzun ön xətt mövqeləri istiqamətində hərəkətə cəhd göstərib. Mövqelərimiz istiqamətində hərəkət edən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupuna məxsus "UAZ" markalı avtomobil texnikası bölmələrimiz tərəfindən xüsusi texniki müşahidə vasitələri ilə vaxtında aşkar edilərək nəzarətə götürülüb.

Ordumuzun gördüyü qabaqlayıcı tədbirlər nəticəsində erməni kəşfiyyat qrupunun irəliləməsinin qarşısı dərhal alınıb. Geri çəkilməyə məcbur edilən düşmən qrupu ona məxsus avtomobil texnikasını ataraq təcili surətdə ərazini tərk edib. Öz mövqelərinə geri çəkilən düşmən ərazidə qalan "UAZ" avtomobilinə atəş açmaqla onu yandıraraq məhv edib.