BAKI, 12 fevral — Sputnik. Azərbaycanda daha bir jurnalist dünyasını dəyişib. Sputnik Azərbaycan xəbər veri ki, "İctimai Televiziya və Radio Yayımları Şirkəti"-nin əməkdaşı, aparıcı Kamran İsrafilov vəfat edib. Həmkarlarının verdiyi məlumata görə, jurnalist ürək tutmasından ölüb.
Qeyd edək ki, Kamran İsrafilov İTV-də uşaq və digər verilişlərdə aparıcı olub. O, "Əbədi ezamiyyət" sənədli filmində Ə.Tobçubaşovun obrazını canlandırıb. Kamran İsrafilov, həmçinin yeni yaradılan Uşaq Teatr-Studiyasının rejissoru olub. 2016-cı ildə Mərdəkan Mədəniyyət Sarayının bədii rəhbəri təyin edilib.
Xatırladaq ki, K.İsrafilov 1979-cu il təvəllüdlü olub.