TƏHLİL

Vəlizadə: “Azərbaycan-Rusiya münasibətləri regionda sabitliyi təmin edir”

Politoloq İlqar Vəlizadə deyir ki, bu münasibətlər təkcə iki ölkə arasındakı proseslərə təsir etmir
Sputnik

İlqar Vəlizadə: “Bu əməkdaşlığın Yaxın Şərqin siyasətinə təsirlərindən danışmaq olar”
Rusiya Dövlət Dumasının binasında Rusiya-Azərbaycan diplomatik münasibətlərinin 25 illiyi münasibətilə tədbir keçirilib. Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan-Rusiya münasibətləri müxtəlif sahələri əhatə edir: 

“Bu münasibətlər təkcə iki ölkə arasındakı proseslərə təsir etmir, eyni zamanda regional müstəvidə də mühüm əhəmiyyətə malikdir. Ümumiyyətlə, bu əməkdaşlığın Yaxın Şərqin siyasətinə təsirlərindən danışmaq olar”.