Amerikadan Türkiyə ilə bağlı tarixi etiraf

Cim Mettis: "Türkiyənin Afrinə müdaxiləsi səbəbilə PYD-lilərin fikri dağıldı, onların yarıya qədəri Münbiçi tərk edərək Afrinə getdi"
Sputnik

BAKI, 12 fevral — Sputnik. ABŞ-ın müdafiə naziri (Pentaqon/Pentagon rəhbəri) Cim Mettis (Jim Mattis) Türkiyənin Afrindəki hərbi əməliyyatı ilə bağlı açıqlama verib. Mettis etiraf edib ki, ölkəsinin silah verdiyi PYD-li döyüşçülərin yarısı Afrində türk ordusuna qarşı savaşır.

"Biz onları İŞİD-ə qarşı döyüşmək üçün silahlandırmışıq. Ancaq Türkiyənin Afrinə müdaxiləsi səbəbilə PYD-lilərin fikri dağıldı, onların yarıya qədəri Münbiçi tərk edərək Afrinə getdi", — nazir bildirib.

Sputnik Türkiyə xəbər verir ki, bu açıqlama ilə ABŞ ilk dəfə olaraq PYD-nin Afrində türk ordusuna qarşı vuruşduğunu etiraf etdi. Rəsmi Ankara Vaşinqtona PYD-yə silah verilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq etsə də, qarşı tərəf buna məhəl qoymamaqda davam edir.