Xəzərdə mənşəyi bilinməyən anomaliya: "Süd qasırğası" baş verib

Alimlər bu amilin balıqçılığa mənfi təsiri ola biləcəyini düşünürlər və bu səbəbdən də "süd qasırğası"nın mənşəyini öyrənmək niyyətindədirlər
Sputnik

BAKI, 11 fevral — Sputnik. ABŞ-ın NASA aerokosmik agentliyi Xəzər dənizindəki anomal prosesin fotosunu dərc edib. Sputnik AzərbaycanRİA Novosti-yə istinadla bildirir ki, bu proses "süd qasırğası" adı alıb.

Foto yanvarın 9-da "Terra" kosmik aparatından çəkilib. Səthdəki külək suyu qarışdırır və dənizdəki çöküntünü qaldırır. Nəticədə dənizin sahil ərazisi süd rəngi alıb.

Alimlər bu amilin balıqçılığa mənfi təsiri ola biləcəyini düşünürlər və bu səbəbdən də "süd qasırğası"nın mənşəyini öyrənmək niyyətindədirlər.

NASA peyk təsvirlərinin Xəzərdə monitorinq üçün əsas üsul olduğunu açıqlayıb.